satellite   Azerspace-1: 11135 H 30000

Məzahir Pənahov: Azərbaycan demokratik seçki baxımından dünyaya nümunədir

Məzahir Pənahov: Azərbaycan demokratik seçki baxımından dünyaya nümunədir

Dövlət başçısının siyasi iradəsi olmalıdır ki, ölkədə demokratik seçki keçirilsin. Bu baxımdan, Azərbaycan dünyaya nümunədir.

Naxçıvan televiziyası xəbər verir ki, bunu bu gün Mərkəzi Seçki Komissiyasında (MSK) dairə seçki komissiyalarının rəhbərləri üçün keçirilən müşavirədə çıxış edərkən MSK sədri Məzahir Pənahov deyib.

"Ölkə başçısının təşəbbüsü ilə seçki məntəqələrinin çoxunda veb-kameralar quraşdırılıb. Bu cihazlar seçki prosesi başlayandan yarım saat əvvəl işə salınır, seçki prosesi tam bitənə qədər izlənilir. Bütün proseslər göz önündədir. Həmin kameraların görüntülərini izləmək üçün heç bir qeydiyyata ehtiyac yoxdur. Dünyanın hər yerindən bu görüntüləri izləmək olar", - o vurğulayıb.

Mətndə səhv varsa, onu qeyd edib Ctrl+Enter düyməsini basaraq bizə göndərin.

Xəbər lenti
Çox oxunan xəbərlər

Xəbərin mətnində orfoqrafik səhv var

Seçilən mətn düzəliş üçün göndəriləcək:

CANLI YAYIM