satellite   Azerspace-1: 11135 H 30000

Azad olunmuş ərazilərdə seçki məntəqələrinin sayı yenə artacaq

Azad olunmuş ərazilərdə seçki məntəqələrinin sayı yenə artacaq

125 seçki dairəsi üzrə 6400-dən artıq məntəqədə seçkilərin keçirilməsi üçün şərait yaradırıq.

Naxçıvan televiziyası xəbər verir ki, bunu Mərkəzi Seçki Komissiyasının (MSK) sədri Məzahir Pənahov MSK-da dairə seçki komissiyalarının sədrləri üçün keçirilən müşavirədə deyib.

MSK sədri bildirib ki, xüsusilə azad olunmuş ərazilərdə Milli Məclisə seçkilərədə də ilk dəfə vətəndaşlar səs verəcək: “Azad olunmuş ərazilərdə seçki məntəqələrinin sayı artacaq. Elə dünən orada 8 məntəqə yaratdıq. Bu dəfə azad olunmuş ərazilərdə seçkilər daha geniş şəraitdə keçiriləcək. O bölgədəki seçkilərə xüsusi fikir veririk”.

Mətndə səhv varsa, onu qeyd edib Ctrl+Enter düyməsini basaraq bizə göndərin.

Xəbər lenti
Çox oxunan xəbərlər

Xəbərin mətnində orfoqrafik səhv var

Seçilən mətn düzəliş üçün göndəriləcək:

CANLI YAYIM