satellite   Azerspace-1: 11135 H 30000

MSK sədri: Seçkini müşahidə üçün jurnalistlərə iş vəsiqəsi yetərlidir

MSK sədri: Seçkini müşahidə üçün jurnalistlərə iş vəsiqəsi yetərlidir

Azərbaycanda seçkilərdə müşahidəçilərə ”yox” cavabı verilməyib, indiyə qədər belə hal olmayıb.

Naxçıvan televiziyası xəbər verir ki, bunu bu gün növbədənkənar parlament seçkiləri ilə əlaqədar Mərkəzi Seçki Komissiyasında (MSK) dairə seçki komissiyalarının sədrləri üçün keçirilən müşavirədə MSK sədri Məzahir Pənahov deyib.

MSK sədri bildirib ki, seçkilərdə aşkarlığın yaradılması və media qurumlarının fəaliyyətinin təmin edilməsi də mühümdür: “Azərbaycan dünyada yeganə ölkədir ki, media qurumları seçkini müşahidə etmək üçün heç yerdən qeydiyyatdan keçmir. Jurnalistlər iş vəsiqələri ilə seçkini işıqlandırırlar, seçkini müşahidə üçün jurnalistlərə iş vəsiqəsi yetərlidir. Seçkilərin ədalətli, şəffaf keçirilməsi üçün vacib şərtlərdən biri də ölkədə ictimai-siyasi sabitlik olmasıdır. Bu da bizdə var”.

Mətndə səhv varsa, onu qeyd edib Ctrl+Enter düyməsini basaraq bizə göndərin.

Xəbər lenti
Çox oxunan xəbərlər

Xəbərin mətnində orfoqrafik səhv var

Seçilən mətn düzəliş üçün göndəriləcək:

CANLI YAYIM