satellite   Azerspace-1: 11135 H 30000

Kəlbəcərə müvafiq icazələri olmadan keçmək istəyən şəxslər saxlanılıblar

Kəlbəcərə müvafiq icazələri olmadan keçmək istəyən şəxslər saxlanılıblar

Kəlbəcər Rayon Polis Şöbəsinin (RPŞ) əməkdaşları tərəfindən keçirilən tədbirlərlə rayon ərazisinə müvafiq icazələri olmadan keçmək istəyən şəxslər saxlanılıblar.

DİN-in Mətbuat Xidmətinin regional qrupundan Naxçıvan televiziyası-a verilən məlumata görə, stasionar postda Daşkəsən rayon sakinləri R. Məmmədov, R.Məmmədov və Gəncə şəhər sakini Z.Azadov yoxlama zamanı sənədləri təqdim etməkdən boyun qaçıraraq, polis əməkdaşlarının qanuni tələblərinə tabe olmayıblar.

Həmin şəxslər saxlanılaraq barələrində İnzibati Xətalar Məcəlləsinin müvafiq maddəsi ilə protokollar tərtib edilib.

Toplanmış material qərar verilməsi üçün məhkəməyə göndərilib.

Mətndə səhv varsa, onu qeyd edib Ctrl+Enter düyməsini basaraq bizə göndərin.

Xəbər lenti
Çox oxunan xəbərlər

Xəbərin mətnində orfoqrafik səhv var

Seçilən mətn düzəliş üçün göndəriləcək:

CANLI YAYIM