Naxçıvan Muxtar Respublikası Həmkarlar İttifaqları Şurasının sədri Qəzənfər Abdullayev şəhid ailəsini qəbul edib - FOTOLAR

Naxçıvan Muxtar Respublikası Həmkarlar İttifaqları Şurasının sədri Qəzənfər Abdullayev şəhid ailəsini qəbul edib<font color=red> - FOTOLAR</font> Naxçıvan Muxtar Respublikası Həmkarlar İttifaqları Şurasının sədri Qəzənfər Abdullayev şəhid ailəsini qəbul edib<font color=red> - FOTOLAR</font> Naxçıvan Muxtar Respublikası Həmkarlar İttifaqları Şurasının sədri Qəzənfər Abdullayev şəhid ailəsini qəbul edib<font color=red> - FOTOLAR</font>

 

NUHÇIXAN xəbər verir ki, iyulun 10-da Azərbaycan Həmkarlar İttifaqları Konfederasiyasının sədr müavini, Naxçıvan Muxtar Respublikası Həmkarlar İttifaqları Şurasının sədri Qəzənfər Abdullayev Vətən müharibəsi şəhidi Qədimov Güloğlan Nurəddin oğlunun ailəsini qəbul edib. Qəbul zamanı şəhid atası Qədimov Nurəddin Alim oğlunun müraciəti dinlənilib, problemləri ilə yaxından maraqlanılıb. Şura sədrinin tapşırığı ilə şəhid ailəsinin mövcud problemlərinin həlli üçün Şura tərəfindən müvafiq məbləğdə maddi yardım dəstəyi göstərilib. Qəbulda olan şəhid atası Nurəddin Qədimov göstərilən diqqətə görə minnətdarlığını bildirib.   Qeyd edək ki, Naxçıvan Muxtar Respublikası Həmkarlar İttifaqları Şurasında Şəhid ailələri və qazilər üçün xüsusi qəbul günləri nəzərdə tutulmayıb. Onlar həftənin bütün iş günlərində qəbul edilir.    
Xəbər lenti
Çox oxunan xəbərlər

CANLI YAYIM