Baş Prokurorluğun iki əməkdaşı təqaüdə göndərilib - FOTOLAR

Baş Prokurorluğun iki əməkdaşı təqaüdə göndərilib<font color=red> - FOTOLAR</font> Baş Prokurorluğun iki əməkdaşı təqaüdə göndərilib<font color=red> - FOTOLAR</font> Baş Prokurorluğun iki əməkdaşı təqaüdə göndərilib<font color=red> - FOTOLAR</font> Baş Prokurorluğun iki əməkdaşı təqaüdə göndərilib<font color=red> - FOTOLAR</font>

Prokurorluqda qulluqda olmanın son yaş həddinə çatmış Baş Prokurorluğun iki əməkdaşı Azər Əsgərov və İlqar Ağamirovun qulluq keçmələrinə xitam verilməsi ilə əlaqədar Baş Prokurorluğun rəhbərliyi tərəfindən qəbul edilib. Onlara Azərbaycan Respublikasının Baş prokuroru tərəfindən verilmiş fəxri fərmanlar təqdim olunub.

Bu barədə NUHÇIXAN-a Baş Prokurorluğun mətbuat xidmətindən məlumat verilib.

Baş Prokurorluqda görüş zamanı Azər Əsgərov və İlqar Ağamirovun prokurorluq orqanlarında keçdikləri uzunmüddətli xidmət illərinə nəzər salınaraq, prokurorluq orqanlarında səmərəli fəaliyyəti, cinayətkarlığa qarşı mübarizə, qanunçuluq və hüquq qaydasının möhkəmləndirilməsi, habelə insan və vətəndaş hüquq və azadlıqlarının müdafiəsi sahəsində əldə etdikləri uğurlar qeyd olunub.

Azər Əsgərov və İlqar Ağamirov göstərilən diqqətə görə minnətdarlığını bildirib, tədbir iştirakçıları ilə xatirələrini bölüşüblər.

Xəbər lenti
Çox oxunan xəbərlər

CANLI YAYIM