satellite   Azerspace-1: 11135 H 30000

“Dəstək” Fondunun Naxçıvanda son 11 ayda xərclədiyi vəsaitin məbləği açıqlanıb

“Dəstək” Fondunun Naxçıvanda son 11 ayda xərclədiyi vəsaitin məbləği açıqlanıb

“Dəstək” Fondunun bu ilin 11 ayı ərzində Naxçıvan Muxtar Respublikasında (MR) xərclədiyi vəsaitin məbləği bəyan edilib.

Naxçıvan televiziyası-ın məlumatına görə, Naxçıvan MR-da Azərbaycan Respublikasının ərazi bütövlüyünün müdafiəsi ilə əlaqədar yaralananların, şəhid ailələrinin və müharibə veteranlarının təminatına dəstək məqsədilə yaradılmış “DƏSTƏK” Fondu tərəfindən 2024-cü ilin yanvar-noyabr ayları ərzində 989 min 653 manat vəsait xərclənib.

Qeyd olunan dövr üzrə Fondun xərc istiqamətləri aşağıdakı kimi olub:

Müalicə və psixoloji dəstək istiqaməti üzrə - 150 nəfərə 120 min 365 manat,

Məişət şəraitinin yaxşılaşdırılması istiqaməti üzrə - 290 nəfərə 654 min 230 manat

Borc öhdəliklərinin qarşılanması istiqaməti üzrə - 22 nəfərə 169 min 258 manat

Təhsil haqqının ödənilməsi istiqaməti üzrə - 2 nəfərə 8 min 900 manat

Digər istiqamətlər üzrə - 36 min 900 manat.

Mətndə səhv varsa, onu qeyd edib Ctrl+Enter düyməsini basaraq bizə göndərin.

Xəbər lenti
Çox oxunan xəbərlər

Xəbərin mətnində orfoqrafik səhv var

Seçilən mətn düzəliş üçün göndəriləcək:

CANLI YAYIM