satellite   Azerspace-1: 11135 H 30000

AYNA sədri: Ziya Bünyadov prospekti genişləndiriləcək, Xırdalana yeni yollar açılacaq

AYNA sədri: Ziya Bünyadov prospekti genişləndiriləcək, Xırdalana yeni yollar açılacaq

“20 Yanvar layihəsi kifayət qədər kompleks mürəkkəb bir problem olduğuna görə Xırdalan dairəsindən başlayaraq Tbilisi prospektinə, 20 Yanvardan başlayaraq Ziya Bünyadov prospektinə birləşənə qədər 15 yol kəsişməsində çəkilişlərlə, dataların götürülməsi ilə təhlillər aparılıb”.

Naxçıvan televiziyası xəbər verir ki, bunu nəqliyyat məsələlərinə həsr olunmuş müşavirədə Yerüstü Nəqliyyat Agentliyinin (AYNA) İdarə Heyətinin sədri Anar Rzayev deyib.

“Nəticədə böyük bir simulyasiya hazırlanıb. Bu simulyasiyanın daxilində həm Xırdalan dairəsində təkmilləşmə işlərinin aparılması, yol qovşaqlarının, yol ötürücülərinin tikilməsi, Ziya Bünyadov prospekti istiqamətində yolların genişləndirilməsi, eləcə də Şamaxı yolundan Xırdalan şəhərinə yeni yolların açılaraq oradan daxil olmasına imkanların yaradılması nəzərdə tutulub. Bu istiqamətdə layihələndirmə işlərinə qısa müddətdə başlanılacaq”, - AYNA sədri vurğulayıb.

Mətndə səhv varsa, onu qeyd edib Ctrl+Enter düyməsini basaraq bizə göndərin.

Xəbər lenti
Çox oxunan xəbərlər

Xəbərin mətnində orfoqrafik səhv var

Seçilən mətn düzəliş üçün göndəriləcək:

CANLI YAYIM