satellite   Azerspace-1: 11135 H 30000

Dövlət qurumunda işə düzəltmək adı ilə vətəndaşları aldadan şəxs tutulub

Dövlət qurumunda işə düzəltmək adı ilə vətəndaşları aldadan şəxs tutulub

Dövlət qurumunda işə düzəltmək adı ilə vətəndaşları aldadan şəxs tutulub.

Naxçıvan televiziyası-ın məlumatına görə, bu barədə DİN-in Mətbuat Xidmətinin Şəki regional qrupundan bildirilib.

Bildirilib ki, Mingəçevir Şəhər Polis Şöbəsinin əməkdaşlarının həyata keçirdikləri tədbirlər nəticəsində vətəndaşların etibarından sui-istifadə edərək onlara qarşı dələduzluq edən, əvvəllər də analoji əmələ görə məhkum olunmuş 56 yaşlı Tahir Rəhimov saxlanılıb.

O, ayrı-ayrı vətəndaşları əsasən dövlət qurumunda işə düzəltmək və işçi müqaviləsinin müddətini artırmaq kimi yalan vədlərlə aldadaraq həmin şəxslərin xeyli miqdarda maddi vəsaitini ələ keçirib.

Faktla bağlı cinayət işi başlanılıb, T.Rəhimov barəsində məhkəmənin qərarı ilə həbs qətimkan tədbiri seçilib.

Mətndə səhv varsa, onu qeyd edib Ctrl+Enter düyməsini basaraq bizə göndərin.

Xəbər lenti
Çox oxunan xəbərlər

Xəbərin mətnində orfoqrafik səhv var

Seçilən mətn düzəliş üçün göndəriləcək:

CANLI YAYIM