satellite   Azerspace-1: 11135 H 30000

“Qalatasaray” rusiyalı yarımmüdafiəçi ilə yeni müqavilə imzalamaq istəyir

“Qalatasaray” rusiyalı yarımmüdafiəçi ilə yeni müqavilə imzalamaq istəyir

Türkiyənin “Qalatasaray” klubu rusiyalı yarımmüdafiəçi Aleksey Batrakovla yeni müqavilə imzalamağı planlaşdırır.

 NTV  “NTV Spor”a istinadən xəbər verir ki, İstanbul təmsilçisi Avropanın aparıcı klublarının futbolçuya mümkün marağını nəzərə alaraq onun transfer müqaviləsindəki sərbəstqalma məbləğini artırmaq niyyətindədir.

Hazırda bu məbləğ 55 milyon avro təşkil edir. Yeni razılaşma əldə olunacağı təqdirdə, 21 yaşlı futbolçunun əməkhaqqının da artırılması nəzərdə tutulur.

Yeni müqavilə ilə bağlı danışıqlara səbəb yarımmüdafiəçinin UEFA Çempionlar Liqasındakı uğurlu çıxışı olub. Belə ki, Batrakov ötən gün Almaniyanın “Ştutqart” klubuna qarşı keçirilən görüşdə (2:0) iki qol vuraraq matçın ən yaxşı oyunçusu seçilib. O, 2021/2022-ci illər mövsümündən etibarən UEFA tərəfindən təqdim olunan bu mükafata layiq görülən ilk rusiyalı futbolçu olub.

Aleksey Batrakov Çempionlar Liqasında ardıcıl üç oyundur qol vurur. O, daha əvvəl “Barselona” (1:4) və “Lill” (4:2) komandalarının qapısına yol tapıb. Yarımmüdafiəçinin cari mövsüm turnirdəki hesabında dörd oyunda dörd qol var.

Qeyd edək ki, Batrakov avqustun sonunda Moskvanın “Lokomotiv” klubundan “Qalatasaray”a keçib və İstanbul təmsilçisi ilə beşillik müqavilə imzalayıb. O, yeni komandasında keçirdiyi 12 oyunda 5 qol və 3 məhsuldar ötürmə ilə yadda qalıb.

Mətndə səhv varsa, onu qeyd edib Ctrl+Enter düyməsini basaraq bizə göndərin.

Xəbər lenti
Çox oxunan xəbərlər

Xəbərin mətnində orfoqrafik səhv var

Seçilən mətn düzəliş üçün göndəriləcək:

CANLI YAYIM