Dini Qurumlarla İş üzrə Dövlət Komitəsi yanında İctimai Şuraya sədr seçilib

Dini Qurumlarla İş üzrə Dövlət Komitəsi yanında İctimai Şuraya sədr seçilib

Dini Qurumlarla İş üzrə Dövlət Komitəsi yanında 11 nəfərlik yeni tərkibdə fəaliyyətə başlayan İctimai Şuranın ilk iclası keçirilib.

Komitədən NUHÇIXAN-a verilən məlumata görə, İctimai Şura üzvləri tərəfindən təsdiq edilən iclasın gündəliyinə əsasən, şuranın sədri, sədr müavini və katibinin seçilməsi, şuranın tərkibində işçi qrupların yaradılması və digər məsələlər müzakirə edilib. İctimai Şuranın üzvləri tərəfindən təşkilati məsələlərlə bağlı rəy və təkliflər səsləndirilib.

İctimai Şura üzvlərinin iclasında keçirilən səsvermənin nəticələrinə uyğun olaraq AMEA akademik Ziya Bünyadov adına Şərqşünaslıq İnstitutunun “Din və İctimai fikir” şöbəsinin müdiri Mustafayev Elnur Kərim oğlu sədr, Əməkdar jurnalist Məmmədova Səadət Həsən qızı sədr müavini, Regional İnkişaf İctimai Birliyinin bölmə rəhbəri Muradov İlkin Firdovsi oğlu isə Şuranın katibi seçilib.

Xəbər lenti
Çox oxunan xəbərlər

CANLI YAYIM