satellite   Azerspace-1: 11135 H 30000

Direktorların işə qəbulu üzrə müsabiqənin müsahibə mərhələsi keçirilib - FOTOLAR

Direktorların işə qəbulu üzrə müsabiqənin müsahibə mərhələsi keçirilib<font color=red> - FOTOLAR</font> Direktorların işə qəbulu üzrə müsabiqənin müsahibə mərhələsi keçirilib<font color=red> - FOTOLAR</font> Direktorların işə qəbulu üzrə müsabiqənin müsahibə mərhələsi keçirilib<font color=red> - FOTOLAR</font> Direktorların işə qəbulu üzrə müsabiqənin müsahibə mərhələsi keçirilib<font color=red> - FOTOLAR</font> Direktorların işə qəbulu üzrə müsabiqənin müsahibə mərhələsi keçirilib<font color=red> - FOTOLAR</font> Direktorların işə qəbulu üzrə müsabiqənin müsahibə mərhələsi keçirilib<font color=red> - FOTOLAR</font> Direktorların işə qəbulu üzrə müsabiqənin müsahibə mərhələsi keçirilib<font color=red> - FOTOLAR</font> Direktorların işə qəbulu üzrə müsabiqənin müsahibə mərhələsi keçirilib<font color=red> - FOTOLAR</font>

Naxçıvan televiziyası xəbər verir ki, fevralın 6-da ölkə üzrə mərkəzləşmiş qaydada keçirilən şagird sayı 500-dən çox olan ümumi təhsil müəssisələrinə direktorların işə qəbulu üzrə müsabiqənin müsahibə mərhələsi təşkil olunub. 

STEAM Təlim-Tədris Mərkəzində keçirilən müsahibə mərhələsində Naxçıvan Muxtar Respublikasının ümumtəhsil məktəblərini seçən 5 namizəd iştirak edib.

Müsahibə mərhələsində Naxçıvan Muxtar Respublikası Təhsil Nazirliyində təşkil olunmuş komissiya üzvləri və müstəqil ekspert qismində Naxçıvan Dövlət Universitetinin, həmçinin onlayn qaydada Azərbaycan Respublikası Təhsil İnstitutununun əməkdaşları tərəfindən namizədlərin vəzifə üzrə bilikləri, idarəetmə bacarıqları, şəxsi keyfiyyətləri 5 ballıq şkala ilə qiymətləndirilib.

Məlumat üçün bildirək ki, hər meyar üzrə 3 bal toplamış namizəd bu mərhələni keçmiş sayılıb.  

Müsahibə mərhələsinin nəticələri ilə bağlı məlumat yaxın günlərdə Nazirliyin sosial şəbəkə hesalarında yerləşdiriləcək. 

Qeyd edək ki, müsabiqənin test və esse mərhələsi ölkə üzrə mərkəzləşmiş qaydada Elm və Təhsil Nazirliyinin, həmçinin Təhsil İnstitutunun təşkilatçılığı ilə keçirilib.

Mətndə səhv varsa, onu qeyd edib Ctrl+Enter düyməsini basaraq bizə göndərin.

Xəbər lenti
Çox oxunan xəbərlər

Xəbərin mətnində orfoqrafik səhv var

Seçilən mətn düzəliş üçün göndəriləcək:

CANLI YAYIM