satellite   Azerspace-1: 11135 H 30000

Naxçıvan şəhərində tikintisi davam edən DOST Mərkəzinin bu ilin ilk yarısında açılışı nəzərdə tutulub

Naxçıvan şəhərində tikintisi davam edən DOST Mərkəzinin bu ilin ilk yarısında açılışı nəzərdə tutulub

Naxçıvan televiziyası xəbər verir ki, bunu Naxçıvan Muxtar Respublikasının əmək və əhalinin sosial müdafiəsi nazirinin müavini, nazir vəzifəsinin səlahiyyətlərini müvəqqəti icra edən Fərid Bağırzadə “Naxçıvan Muxtar Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin 2024-cü il üzrə fəaliyyətinə dair” keçirilən mətbuat konfransında jurnalistlərə deyib.

O bildirib ki, muxtar respublikada əhalinin dövlət tərəfindən “bir pəncərə” prinsipi ilə təklif edilən əmək, məşğulluq və sosial müdafiə xidmətlərinə müasir, operativ və elektron xidmətlərin tətbiqi ilə rahat çıxışın təmin edilməsi məqsədilə Naxçıvan şəhərində tikintisi davam edən DOST Mərkəzinin 2025-ci ilin ilk yarısında açılışı nəzərdə tutulub. Qeyd etmək lazımdır ki, Naxçıvan Muxtar Respublikası Nazirlər Kabineti tərəfindən Dövlət Proqramında nəzərdə tutulan Naxçıvan şəhərində DOST Mərkəzinin fəaliyyətə başlaması üçün həyata keçirilən müvafiq tədbirlərin icrası daim nəzarətdə saxlanılır.

Mətndə səhv varsa, onu qeyd edib Ctrl+Enter düyməsini basaraq bizə göndərin.

Xəbər lenti
Çox oxunan xəbərlər

Xəbərin mətnində orfoqrafik səhv var

Seçilən mətn düzəliş üçün göndəriləcək:

CANLI YAYIM