satellite   Azerspace-1: 11135 H 30000

Naxçıvanda 425 min 445 manat işsizlikdən sığorta ödənişi həyata keçirilib

Naxçıvanda 425 min 445 manat işsizlikdən sığorta ödənişi həyata keçirilib

Muxtar respublikada 2023-cü ildən etibarən icrasına başlanılan əməkhaqqının bir hissəsinin işsizlikdən sığorta fondunun vəsaiti hesabına birgə maliyyələşdirilməsi proqramı çərçivəsində işaxtaranlar və işsiz şəxslərin məşğulluğunu təmin etmək və işəgötürənləri həvəsləndirmək məqsədilə boş iş yeri üzrə işə götürülən işçinin əməkhaqqının bir hissəsinin maliyyələşdirilməsi nazirliyin tabeliyində Dövlət Məşğulluq Agentliyi tərəfindən həyata keçirilir. Hesabat ilində 2023-cü ildə cəlb olunanlardan 9 nəfər, 2024-cü ildə cəlb olunanlardan 32 nəfər olmaqla, ümumilikdə 41 nəfər müvafiq proqram çərçivəsində əmək fəaliyyətini davam etdirib və il ərzində işəgötürənlərin hesabına 72 min 324.36 manat vəsaitin köçürülməsi təmin edilib.

Naxçıvan televiziyası xəbər verir ki, bu sözləri Naxçıvan Muxtar Respublikasının əmək və əhalinin sosial müdafiəsi nazirinin müavini, nazir vəzifələrini müvəqqəti icra edən Fərid Bağırzadə 2024-cü ilin yekunlarına dair mətbuat konfransında deyib.

Nazir müavini qeyd edib ki, muxtar respublikada icrasına ilk dəfə 2023-cü ildən başlanan işsizlikdən sığorta ödənişi çərçivəsində 2024-cü ildə 273 şəxsə təyinat aparılıb, bu istiqamətdə 425 min 445.93 manat ödəniş həyata keçirilib.

Mətndə səhv varsa, onu qeyd edib Ctrl+Enter düyməsini basaraq bizə göndərin.

Xəbər lenti
Birjalarda neft qiymətləri

10:56 04.11.2026

Çox oxunan xəbərlər

Xəbərin mətnində orfoqrafik səhv var

Seçilən mətn düzəliş üçün göndəriləcək:

CANLI YAYIM