satellite   Azerspace-1: 11135 H 30000

Ötən il uşaqlara verilən coğrafi adlar - Tovuz, Quba, Yəmən...

Ötən il uşaqlara verilən coğrafi adlar<font color='red'> - Tovuz, Quba, Yəmən...</font>

Ötən il Azərbaycanda uşaqlara qoyulan coğrafi adlar məlum olub.

Naxçıvan televiziyası-ın məlumatına görə, ötən il 663 uşağa Mədinə, 201-nə Sofiya, 98-nə Oğuz, 11-nə Milan, 40-na Afina, 18-nə Təbriz, 27-nə Riyad, 2-nə Qafqaz, 2-nə Tehran, 2-nə Ural, 3-nə Yəmən, daha 2-nə isə Roma adı verilib.

Bundan əlavə, Tovuz, Quba və Marsel adlarının da hər biri bir nəfərə qoyulub.

Ötən il həmçinin 274 uşağa Günəş adı verilib.

Təbiət hadisələrinə uyğun adlara gəlincə, 441 uşağa Yağmur, 140-na Rüzgar, 11-nə Bulud, 3-nə Tufan, 1-nə Dolunay, 4-nə isə Duman adı qoyulub.

Bundan əlavə ötən il bir nəfərə Atatürk adı verilib. Vurğulayaq ki, bu ad son beş il ərzində cəmi bir nəfərə verilib.

Qeyd edək ki, 2024-cü ildə oğlan uşaqlarına ən çox Uğur (1832), qız uşaqlarına isə Zeynəb (1261) adı qoyulub.

Mətndə səhv varsa, onu qeyd edib Ctrl+Enter düyməsini basaraq bizə göndərin.

Xəbər lenti
Birjalarda neft ucuzlaşıb

10:45 02.11.2026

Çox oxunan xəbərlər

Xəbərin mətnində orfoqrafik səhv var

Seçilən mətn düzəliş üçün göndəriləcək:

CANLI YAYIM