Təbriz Universitetinin 142 doktor və mühəndisi ana dilinin tədrisi barədə Prezidentə müraciət edib

Təbriz Universitetinin 142 doktor və mühəndisi ana dilinin tədrisi barədə Prezidentə müraciət edib

İranda Təbriz universitetinin müəllim-professor heyətinin Azərbaycan türkcəsinin tədrisi ilə bağlı ölkə Prezidenti Məsud Pezeşkiana ünvanlanmış müraciətini onlarla elmlər doktoru və mühəndis imzalayıb.

NUHÇIXAN xəbər verir ki, müraciətdə fevralın 27-də İran parlamentində fars olmayanların ana dilində ədəbiyyatın tədrisi layihəsi dəstəklənib.

Sənədi 142 doktor və mühəndis imzalayıb.

Müraciətdə İran konstitusiyasının 15 və 19-cu maddələrinin icra edilməsinin vacibliyi vurğulanıb. Məsud Pezeşkiandan əsas qanunun bu maddələrinin icrası və qorunması istənilib. Ona prezident seçkilərinin təşviqat kampaniyası zamanı ana dilinin tədrisinə söz verdiyi də xatırladılıb.

Xəbər lenti
Çox oxunan xəbərlər

CANLI YAYIM