satellite   Azerspace-1: 11135 H 30000

Şərur və Kəngərli rayonlarına elektrik enerjisinin verilişində qısa fasilə yaranacaq

Şərur və Kəngərli rayonlarına elektrik enerjisinin verilişində qısa fasilə yaranacaq

Azərbaycan Respublikası Prezidentinin 23 noyabr 2024-cü il tarixli Fərmanına əsasən Naxçıvan Muxtar Respublikası Dövlət Energetika Xidmətinin funksiyalarının “Azərenerji” və “Azərişıq” Açıq Səhmdar Cəmiyyətlərinə ötürülməsi ilə əlaqədar elektrik yarımstansiyalarında “Azərişıq” Açıq Səhmdar Cəmiyyətinin mütəxəssisləri tərəfindan ölçmə işləri aparılacaq. 

Naxçıvan televiziyası xəbər verir ki, bu məqsədlə 07 aprel 2025-ci il tarixində saat 10:20-dən 11:00-dək Şərur rayonunun, 15:30-dan 16:40-dək Kəngərli rayonunun bir hissəsində elektrik enerjisinin verilişində qısa fasilələr yaranacaq.

Mətndə səhv varsa, onu qeyd edib Ctrl+Enter düyməsini basaraq bizə göndərin.

Xəbər lenti
Çox oxunan xəbərlər

Xəbərin mətnində orfoqrafik səhv var

Seçilən mətn düzəliş üçün göndəriləcək:

CANLI YAYIM