satellite   Azerspace-1: 11135 H 30000

Şuşa “ASAN xidmət”də YAP ərazi partiya təşkilatı yaradılıb - FOTOLAR

Şuşa “ASAN xidmət”də YAP ərazi partiya təşkilatı yaradılıb<font color=red> - FOTOLAR</font> Şuşa “ASAN xidmət”də YAP ərazi partiya təşkilatı yaradılıb<font color=red> - FOTOLAR</font> Şuşa “ASAN xidmət”də YAP ərazi partiya təşkilatı yaradılıb<font color=red> - FOTOLAR</font> Şuşa “ASAN xidmət”də YAP ərazi partiya təşkilatı yaradılıb<font color=red> - FOTOLAR</font> Şuşa “ASAN xidmət”də YAP ərazi partiya təşkilatı yaradılıb<font color=red> - FOTOLAR</font>

Azərbaycan Respublikasının Prezidenti yanında Vətəndaşlara Xidmət və Sosial İnnovasiyalar üzrə Dövlət Agentliyinin tabeliyində olan Şuşa regional “ASAN xidmət” mərkəzində Yeni Azərbaycan Partiyası (YAP) ərazi partiya təşkilatının yaradılması ilə bağlı tədbir keçirilib. Bu barədə Naxçıvan televiziyası-a Dövlət Agentliyinin mətbuat xidmətindən məlumat verilib.

Dövlət Agentliyinin sədr müavini Ceyhun Salmanov diqqətə çatdırıb ki, respublikamızda əsası Ulu Öndər Heydər Əliyev tərəfindən qoyulan dövlət quruculuğu və inkişaf strategiyası bu gün Prezident İlham Əliyev tərəfindən özünün ən dinamik dövrünü yaşayır. O, işğaldan azad olunmuş ərazilərdə “ASAN xidmət”in fəaliyyətinin, burada YAP təşkilatının yaradılmasının qürurverici olduğunu vurğulayıb, həmçinin təbriklərini çatdırıb və təşkilata gələcək fəaliyyətində uğurlar arzulayıb.

YAP Şuşa rayon təşkilatının sədri Təvəkkül Əliyev qeyd edib ki, YAP müstəqil Azərbaycanın dövlət idarəçiliyində və ictimai-siyasi həyatında, Prezident İlham Əliyevin strateji xəttinin reallaşmasında aparıcı siyasi qüvvədir.

Tədbirdə təşkilatı məsələlərə baxılıb, ərazi partiya təşkilatının sədri və müavini seçiliblər.

Mətndə səhv varsa, onu qeyd edib Ctrl+Enter düyməsini basaraq bizə göndərin.

Xəbər lenti
Çox oxunan xəbərlər

Xəbərin mətnində orfoqrafik səhv var

Seçilən mətn düzəliş üçün göndəriləcək:

CANLI YAYIM