Şərurda fərdi yaşayış evi yanıb - FOTOLAR

Naxçıvan Muxtar Respublikası (MR) Fövqəladə Hallar Nazirliyinin (FHN) “112” qaynar telefon xəttinə bu gün gecə saatlarında Şərur rayon Çomaxtur kəndində fərdi yaşayış evində yanğın hadisəsin baş verməsi barədə məlumat daxil olub.

Nazirlikdən Naxçıvan televiziyası-a verilən xəbərə görə, məlumatla əlaqədar dərhal Şərur rayon Dövlət Yanğından Mühafizə hissəsinin yanğından mühafizə bölmələri çağırış üzrə hadisə yerinə cəlb olunublar.

Yanğından mühafizə bölmələri tərəfindən həyata keçirilən təxirəsalınmaz tədbirlər nəticəsində yanğının genişlənişlənməsinə imkan verilmədən söndürülüb.

Yanğın hadisə nəticəsində birf mərtəbəli, üç otaqlı ümumi sahəsi 120 m² olan fərdi yaşayış evinin 12 m² mətbəx hissəsinin tavanı, çardağı və içərisindəki əşyalarla birlikdə yanıb, 108 m² hissəsi (3 otaq) içərisindəki əşyalarla birlikdə yanğından mühafizə olunub.

Xəbər lenti
Çox oxunan xəbərlər

CANLI YAYIM