Timur Cumurbayev: Könüllülərimizin AZAL təyyarəsinin qəzasında zərər çəkənlərə yardımı dostluğumuzun sübutudur

Timur Cumurbayev: Könüllülərimizin AZAL təyyarəsinin qəzasında zərər çəkənlərə yardımı dostluğumuzun sübutudur

Qazaxıstan Xalqlar Assambleyasının (QXA) gənclər qanadı Azərbaycanla fəal əməkdaşlıq edir. 2024-cü ilin dekabrında Aktauda AZAL aviaşirkətinin təyyarəsinin qəzasında zərər çəkənlərə qazaxıstanlı könüllülərin göstərdiyi yardım ölkələr arasında möhkəm dostluğun parlaq təsdiqi oldu.

Bu barədə "Report"a  istinadən  NTV müsahibəsində "Assambleya jastary" Respublika İctimai Birliyinin rəhbəri Timur Cumurbayev məlumat verib.

"Bizim Mərkəzi Asiya ölkələri və türk dövlətləri ilə sıx əməkdaşlığımız var. İlk dəfə olaraq Assambleya platformasında iki gənclər forumu keçirilib - keçən il və bu ildə. Onlar Mərkəzi Asiya və türk dünyası ölkələrindən olan gəncləri birləşdirərək, təcrübə və fikir mübadiləsi üçün yaxşı platforma yaradıb", - deyə T.Cumurbayev bildirib.

Onun sözlərinə görə, Qazaxıstan Xalqlar Assambleyası, ilk növbədə, vətəndaş cəmiyyəti institutları arasında əlaqələrin inkişafı üçün bir mexanizmdir.

"Azərbaycanla əməkdaşlığa gəlincə, hazırda Gənclər və İdman Nazirliyi ilə əlaqə qurmuşuq. Azərbaycandan olan nümayəndələr Aktauda keçirilən türk ölkələri forumunda iştirak ediblər. Gənclərimizin Azərbaycan təyyarəsinin faciəsinə reaksiyasını qeyd etmək istəyirəm: ölkə boyu gənclər qan verib, könüllülər hadisə yerində işləyib, zərər çəkənlərə kömək ediblər. Bu, bizim həqiqi dostluğumuzun parlaq nümunəsidir", - deyə o vurğulayıb.

Xəbər lenti
Çox oxunan xəbərlər

Xəbərin mətnində orfoqrafik səhv var

Seçilən mətn düzəliş üçün göndəriləcək:

CANLI YAYIM