satellite   Azerspace-1: 11135 H 30000

Növbəti köç karvanı Xocalı şəhərinə çatıb, mənzillərin açarları təqdim edilib - YENİLƏNİB - FOTOLAR

Növbəti köç karvanı Xocalı şəhərinə çatıb, mənzillərin açarları təqdim edilib<font color='red'> - YENİLƏNİB</font><font color=red> - FOTOLAR</font> Növbəti köç karvanı Xocalı şəhərinə çatıb, mənzillərin açarları təqdim edilib<font color='red'> - YENİLƏNİB</font><font color=red> - FOTOLAR</font> Növbəti köç karvanı Xocalı şəhərinə çatıb, mənzillərin açarları təqdim edilib<font color='red'> - YENİLƏNİB</font><font color=red> - FOTOLAR</font> Növbəti köç karvanı Xocalı şəhərinə çatıb, mənzillərin açarları təqdim edilib<font color='red'> - YENİLƏNİB</font><font color=red> - FOTOLAR</font> Növbəti köç karvanı Xocalı şəhərinə çatıb, mənzillərin açarları təqdim edilib<font color='red'> - YENİLƏNİB</font><font color=red> - FOTOLAR</font> Növbəti köç karvanı Xocalı şəhərinə çatıb, mənzillərin açarları təqdim edilib<font color='red'> - YENİLƏNİB</font><font color=red> - FOTOLAR</font> Növbəti köç karvanı Xocalı şəhərinə çatıb, mənzillərin açarları təqdim edilib<font color='red'> - YENİLƏNİB</font><font color=red> - FOTOLAR</font> Növbəti köç karvanı Xocalı şəhərinə çatıb, mənzillərin açarları təqdim edilib<font color='red'> - YENİLƏNİB</font><font color=red> - FOTOLAR</font> Növbəti köç karvanı Xocalı şəhərinə çatıb, mənzillərin açarları təqdim edilib<font color='red'> - YENİLƏNİB</font><font color=red> - FOTOLAR</font>

Səhər saatlarında yola salınan növbəti köç karvanı Xocalı şəhərinə çatıb.

Xankəndi şəhərində, Ağdərə və Xocalı rayonlarında Bərpa, Tikinti və İdarəetmə Xidmətinin ictimaiyyətlə əlaqələr şöbəsindən verilən məlumata görə, 33 ailə olmaqla, 137 Xocalı sakini öz yurduna qayıdıb.

Köç karvanı respublikanın müxtəlif ərazilərində yataqxana, sanatoriya, yarımçıq tikililər və inzibati binalarda müvəqqəti məskunlaşmış ailələrdən ibarət olub.

Xocalıya köçən ailələri Xankəndi şəhərində, Ağdərə və Xocalı rayonlarında Bərpa, Tikinti və İdarəetmə Xidməti publik hüquqi şəxsin icraçı direktoru Telman Kərimli qarşılayıb.

Qeyd edək ki, köç prosesi Xocalının Ballıca kəndində də mərhələli şəkildə aparılır. İndiyədək Xocalı şəhərində 85 ailənin, yəni 341 nəfərin, Xocalının  Ballıca kəndində  isə 157 ailə, 743 nəfərin daimi məskunlaşması təmin edilib.

06.54

Xocalı şəhərinə daha 33 ailə (137 nəfər) köçürülüb.

NTV  xəbər verir ki, Bakı şəhərindən 15 ailə (65 nəfər); Goranboy rayonundan 7 ailə (30 nəfər); Abşeron rayonundan 3 ailə (12 nəfər); Ağcabədi rayonundan 2 ailə (7 nəfər); Sumqayıt şəhərindən 2 ailə (6 nəfər); Gəncə şəhərindən 1 ailə (6 nəfər); Qobustan rayonundan 1 ailə (5 nəfər); Şirvan şəhərindən 1 ailə (4 nəfər); Mingəçevir şəhərindən 1 ailə (3 nəfər) yola salınıb.

Doğma yurda qayıdan sakinlər hərtərəfli dövlət qayğısı ilə əhatə olunduqlarına görə Prezident İlham Əliyevə və Birinci vitse-prezident Mehriban xanım Əliyevaya təşəkkür ediblər. Onlar, həmçinin torpaqlarımızı işğaldan azad edən rəşadətli Azərbaycan Ordusuna, qəhrəman əsgər və zabitlərimizə minnətdarlıqlarını bildirib, bu yolda canlarından keçən şəhidlərimizə rəhmət diləyiblər.

Beləliklə, bugünkü köç də nəzərə alınmaqla Xocalı şəhərinə köçürülən ailələrin ümumi sayı 85-ə (341 nəfər) çatacaq.

Qeyd edək ki, hazırda Qarabağda və Şərqi Zəngəzurda, ora köçürülən keçmiş məcburi köçkünlərlə yanaşı, bu bölgədə aparılan layihələrin icrasında çalışan, həmçinin ayrı-ayrı dövlət qurumlarının yerli bölmələrində xidməti vəzifələrini yerinə yetirən, yenidən fəaliyyətə başlamış səhiyyə, təhsil, mədəniyyət, turizm, sənaye, energetika müəssisələrində işləyən, ümumilikdə, 40 mindən çox insan yaşayır.

Mətndə səhv varsa, onu qeyd edib Ctrl+Enter düyməsini basaraq bizə göndərin.

Xəbər lenti
Çox oxunan xəbərlər

Xəbərin mətnində orfoqrafik səhv var

Seçilən mətn düzəliş üçün göndəriləcək:

CANLI YAYIM