satellite   Azerspace-1: 11135 H 30000

ANAMA-nın əməkdaşı minaya düşüb

ANAMA-nın əməkdaşı minaya düşüb

Aprelin 28-də Qazax rayonunun işğaldan azad edilmiş Qızılhacılı kəndi ərazisində mina hadisəsi baș verib.

Azərbaycan Respublikasının Minatəmizləmə Agentliyindən (ANAMA)  verilən məlumata görə, Agentliyin əməkdaşı, 1985-ci il təvəllüdlü Paşayev Elnur Oruc oğlu xidməti vəzifəsini yerinə yetirərkən piyada əleyhinə mina partlayışı baş verib. Hadisə nəticəsində Paşayev Elnur bədənin müxtəlif nahiyələrindən yüngül xəsarətlər alıb.

Xəsarət alan əməkdaş rayon mərkəzi xəstəxanasına təxliyə edilib. Vəziyyəti qənaətbəxşdir, həyati təhlükəsi yoxdur.

Mətndə səhv varsa, onu qeyd edib Ctrl+Enter düyməsini basaraq bizə göndərin.

Xəbər lenti
Çox oxunan xəbərlər

Xəbərin mətnində orfoqrafik səhv var

Seçilən mətn düzəliş üçün göndəriləcək:

CANLI YAYIM