satellite   Azerspace-1: 11135 H 30000

May ayının 1-dən balıq ovuna moratorium qüvvəyə minir

May ayının 1-dən balıq ovuna moratorium qüvvəyə minir

Balıqların kürütökmə dövrü ilə əlaqədar 1 may 2025-ci il tarixindən ölkə ərazisindəki bütün su hövzələrində balıq ovuna moratorium qüvvəyə minir və sentyabrın 1-dək davam edəcək. 

Naxçıvan Muxtar Respublikasının Ekologiya və Təbii Sərvətlər Nazirliyindən NTV-yə verilən məlumata görə, balıq və digər su bioresurslarının ov qaydalarının pozulmasına, o cümlədən qanunsuz ovlanmasına görə təqsirkar şəxslər müvafiq olaraq Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsi və Azərbaycan Respublikasının Cinayət Məcəlləsində nəzərdə tutulmuş qaydada məsuliyyət daşıyırlar”.

Qanunsuz balıq ovunun qarşısının alınması məqsədilə nazirliyin nəzdnində Dövlət Ekoloji Təhlükəsizlik Xidmətinin əməkdaşları tərəfindən muxtar respublikanın su hövzələrində mütəmadi nəzarət tədbirləri həyata keçirilir və qanunsuz balıq ovu ilə məşğul olan şəxslər barəsində qanunamüvafiq tədbirlər görülür.

Mətndə səhv varsa, onu qeyd edib Ctrl+Enter düyməsini basaraq bizə göndərin.

Xəbər lenti
Çox oxunan xəbərlər

Xəbərin mətnində orfoqrafik səhv var

Seçilən mətn düzəliş üçün göndəriləcək:

CANLI YAYIM