satellite   Azerspace-1: 11135 H 30000

AZAL-ın qəzaya uğrayan təyyarəsi ilə bağlı aparılan istintaq tədbirlərinə dair yeni məlumatlar açıqlanıb

AZAL-ın qəzaya uğrayan təyyarəsi ilə bağlı aparılan istintaq tədbirlərinə dair yeni məlumatlar açıqlanıb

2024-cü il dekabrın 25-də “Azərbaycan Hava Yolları” QSC-nin mülki təyyarəsinin Aktau yaxınlığında qəzaya uğramasının səbəbləri ilə bağlı cinayət işi başlanılıb və istintaq tədbirləri intensiv şəkildə davam etdirilir. Hadisə ilə əlaqədar olaraq həm Azərbaycanda, həm də Qazaxıstanda müvafiq hüquq-mühafizə orqanları tərəfindən paralel araşdırmalar aparılır.

NTV xəbər verir ki, bu sözləri Baş Prokurorluğun İstintaq İdarəsinin rəisi Nemət Əvəzov Azərbaycan Respublikası vətəndaşlarının və Azərbaycan əsilli şəxslərin Rusiya Federasiyasında işgəncəyə məruz qalmaları və xüsusi amansızlıqla qəsdən öldürülmələri ilə bağlı Baş Prokurorluqda keçirilən brifinqdə deyib.

O bildirib ki, təyyarə qəzası ilə bağlı indiyədək təxminən 100-ə yaxın ekspertiza təyin edilib və onların əksəriyyəti artıq həyata keçirilib. Son günlərdə ekspertiza qrupunun bir hissəsi Qazaxıstan Respublikasına ezam olunaraq müvafiq qurumlarla birgə geniş və əhatəli müzakirələr aparıb.

Hazırda ekspertiza nəticələrinin toplanması və yekunlaşdırılması prosesi hər iki ölkənin aidiyyəti qurumlarının əməkdaşlığı çərçivəsində davam etdirilir. Gözlənilir ki, yaxın müddət ərzində nəticələr əldə olunacaq və ictimaiyyətə təqdim ediləcək.

Mətndə səhv varsa, onu qeyd edib Ctrl+Enter düyməsini basaraq bizə göndərin.

Xəbər lenti
Çox oxunan xəbərlər

Xəbərin mətnində orfoqrafik səhv var

Seçilən mətn düzəliş üçün göndəriləcək:

CANLI YAYIM