satellite   Azerspace-1: 11135 H 30000

Əlilliyi olan 20 minə yaxın uşağa reabilitasiya xidmətləri göstərilib

Əlilliyi olan 20 minə yaxın uşağa reabilitasiya xidmətləri göstərilib

Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Tibbi-Sosial Ekspertiza və Reabilitasiya Agentliyinin uşaq reabilitasiya mərkəzlərində bu ilin birinci yarımilində əlilliyi olan 19 min 700 uşağa reabilitasiya xidmətləri göstərilib.

Nazirliyin İctimaiyyətlə əlaqələr şöbəsindən NTV-yə verilən məlumata görə, onlardan 13 min 600-ü ambulator, 1000-i stasionar, digərləri icma əsaslı, onlayn və səyyar reabilitasiya xidmətlərinə cəlb olunub.

Həmin kateqoriyadan olan uşaqlar agentliyin paytaxtda yerləşən 1 və 2 saylı, eləcə də, Qəbələ və Şəmkir rayonlarındakı Uşaq Reabilitasiya Mərkəzlərində reabilitasiya xidmətləri ilə təmin edilirlər.

Mətndə səhv varsa, onu qeyd edib Ctrl+Enter düyməsini basaraq bizə göndərin.

Xəbər lenti
Çox oxunan xəbərlər

Xəbərin mətnində orfoqrafik səhv var

Seçilən mətn düzəliş üçün göndəriləcək:

CANLI YAYIM