satellite   Azerspace-1: 11135 H 30000

Azərbaycan Pekində “Ağıllı əlaqələndirilmiş rəqəmsal iqtisadiyyatın inkişaf strategiyası Forumu”nda təmsil olunub

Azərbaycan Pekində “Ağıllı əlaqələndirilmiş rəqəmsal iqtisadiyyatın inkişaf strategiyası Forumu”nda təmsil olunub

Pekində keçirilən “Ağıllı əlaqələndirilmiş rəqəmsal iqtisadiyyatın inkişaf strategiyası Forumu”nda Dördüncü Sənaye İnqilabının Təhlili və Koordinasiya Mərkəzinin (4SİM) icraçı direktorunun müavini Soltan Bayramov videoçıxış formatında iştirak edib.

NTV Dördüncü Sənaye İnqilabının Təhlili və Koordinasiya Mərkəzinin (4SİM) məlumatına istinadla xəbər verir ki, forumun keçirilməsində məqsəd hökumət və şirkətlərə rəqəmsal iqtisadiyyatın inkişafı üçün strategiyalar formalaşdırmaqda dəstək və bu sahədə qlobal standartların müəyyənləşdirilməsinə töhfə verməkdir.

Ümumdünya Əşyaların İnterneti Konvensiyası (WIOTC) tərəfindən təşkil edilən tədbirdə Soltan Bayramov Azərbaycanda rəqəmsal iqtisadiyyatın inkişafı istiqamətində atılan addımlar, o cümlədən sənaye 4.0 transformasiyası və insan kapitalının inkişafı üzrə həyata keçirilən kompleks tədbirlər və gələcəyə baxış barədə iştirakçılara məlumat verib.

Qeyd edək ki, 4SİM və WIOTC arasında bu ilin aprel ayında əməkdaşlığa dair Anlaşma memorandumu imzalanıb.

Mətndə səhv varsa, onu qeyd edib Ctrl+Enter düyməsini basaraq bizə göndərin.

Xəbər lenti
Çox oxunan xəbərlər

Xəbərin mətnində orfoqrafik səhv var

Seçilən mətn düzəliş üçün göndəriləcək:

CANLI YAYIM