satellite   Azerspace-1: 11135 H 30000

DİN: Ötən gün cinayət törətməkdə şübhəli bilinən 53 nəfər saxlanılıb

DİN: Ötən gün cinayət törətməkdə şübhəli bilinən 53 nəfər saxlanılıb

İyulun 28-də ölkə ərazisində qeydə alınan 45, əvvəlki dövrlərdən bağlı qalan 10 cinayətin açılması polis əməkdaşları tərəfindən təmin edilib.

Daxili İşlər Nazirliyinin (DİN) mətbuat xidmətindənNTV-yə  verilən məlumata görə, axtarışda olduğuna görə ümumilikdə 48, o cümlədən borclu şəxs qismində axtarışda olan 32 nəfər saxlanılaraq aidiyyəti üzrə təhvil verilib.

Narkotiklərlə əlaqəli 22, qanunsuz saxlanılan silah-sursatın götürülməsi və aşkarlanması ilə bağlı 9 fakt müəyyən edilib. Cinayət törətməkdə şübhəli bilinən 53 nəfər saxlanılıb.

Həmçinin dələduzluğa görə axtarışda olan 8 nəfər saxlanılaraq istintaqa, ailə üzvlərini məlumatlandırmadan yaşadığı ünvanı tərk etdiyinə görə itkin düşmüş kimi axtarışı aparılan 5 nəfər isə tapılaraq aidiyyəti üzrə təhvil verilib.

Mətndə səhv varsa, onu qeyd edib Ctrl+Enter düyməsini basaraq bizə göndərin.

Xəbər lenti
Çox oxunan xəbərlər

Xəbərin mətnində orfoqrafik səhv var

Seçilən mətn düzəliş üçün göndəriləcək:

CANLI YAYIM