satellite   Azerspace-1: 11135 H 30000

Külli miqdarda narkotik vasitənin ölkə ərazisinə keçirilməsinin qarşısı alınıb - FOTOLAR

Külli miqdarda narkotik vasitənin ölkə ərazisinə keçirilməsinin qarşısı alınıb<font color=red> - FOTOLAR</font> Külli miqdarda narkotik vasitənin ölkə ərazisinə keçirilməsinin qarşısı alınıb<font color=red> - FOTOLAR</font>

Dövlət Sərhəd Xidmətinin (DSX) Sərhəd Qoşunlarının “Horadiz” sərhəd dəstəsinin xidməti ərazisində aparılan sərhəd axtarışı və əməliyyat tədbirləri nəticəsində külli miqdarda narkotik vasitənin pilotsuz uçuş aparatı (PUA) vasitəsilə İrandan Azərbaycan ərazisinə keçirilməsinin qarşısı alınıb.

DSX-nin mətbuat mətkəzindən NTV-yə  verilən məlumata görə, axtarış tədbirləri nəticəsində sərhədyanı sahədən ümumi çəkisi 12 kiloqram 100 qram narkotik vasitə marixuana və 399 ədəd narkotik tərkibli metadon M-40 həbi aşkar olunaraq götürülüb.

Fakt üzrə əməliyyat-istintaq tədbirləri davam etdirilir.

Bildirilib ki, dövlət sərhədinin etibarlı mühafizəsinin təmin olunması, narkotik vasitələr, psixotrop maddələr və onların prekursorlarının qanunsuz dövriyyəsinə qarşı mübarizə tədbirləri uğurla davam etdirilir.

Mətndə səhv varsa, onu qeyd edib Ctrl+Enter düyməsini basaraq bizə göndərin.

Xəbər lenti
Çox oxunan xəbərlər

Xəbərin mətnində orfoqrafik səhv var

Seçilən mətn düzəliş üçün göndəriləcək:

CANLI YAYIM