satellite   Azerspace-1: 11135 H 30000

Naxçıvanda I yarımildə 145 milyon manatlıq kənd təsərrüfatı məhsulu istehsal olunub

Naxçıvanda I yarımildə 145 milyon manatlıq kənd təsərrüfatı məhsulu istehsal olunub

Bu ilin I yarısında Naxçıvan Muxtar Respublikasında 145 milyon manat dəyərində kənd təsərrüfatı məhsulu istehsal olunub.

Naxçıvan Muxtar Respublikası Kənd Təsərrüfatı Nazirliyinin mətbuat xidmətindən NUHÇIXAN-a bildirilib ki, bunun 46 milyon manatlıq hissəsi bitkiçilik məhsullarının payına düşüb.

Yanvar-iyun aylarında bölgədə 5 791,1 hektar sahədə yazlıq bitkilər əkilib.

Bu, ötən ilin eyni dövrü ilə müqayisədə 2,1 % çoxdur. Əkinin strukturu əsasən dənli və dənli paxlalı bitkilər, dən üçün qarğıdalı, kartof, tərəvəz, bostan bitkiləri və yemlik bitkilərdən ibarətdir.

İyulun 1-nə Naxçıvanda 15 min tondan çox dənli və dənli paxlalılar, 2 300 tondan çox kartof, 4 min tondan çox tərəvəz, 14 min tondan çox isə meyvə və giləmeyvə yığılıb.

Mətndə səhv varsa, onu qeyd edib Ctrl+Enter düyməsini basaraq bizə göndərin.

Xəbər lenti
Çox oxunan xəbərlər

Xəbərin mətnində orfoqrafik səhv var

Seçilən mətn düzəliş üçün göndəriləcək:

CANLI YAYIM