satellite   Azerspace-1: 11135 H 30000

Şahin Bağırovun Naxçıvanda vətəndaş qəbulunun vaxtı dəyişib

Şahin Bağırovun Naxçıvanda vətəndaş qəbulunun vaxtı dəyişib

Dövlət Gömrük Komitəsinin sədri, gömrük xidməti general-leytenantı Şahin Bağırovun Naxçıvan şəhərində vətəndaşların qəbulunun vaxtı dəyişib.

NTV-nin məlumatına görə, onun Naxçıvanda avqustun 29-na nəzərdə tutulmuş vətəndaş qəbulu avqustun 14-nə keçirilib.

Ş.Bağırov avqustun 14-ü saat 10:00-da Naxçıvan Baş Gömrük İdarəsinin inzibati binasında (ünvan: Naxçıvan şəhəri, Əziz Əliyev küçəsi) Naxçıvan şəhəri, Babək, Culfa, Kəngərli, Ordubad, Sədərək, Şahbuz və Şərur rayonlarından olan vətəndaşları qəbul edəcək.

Qəbul zamanı Naxçıvan şəhəri, Babək, Culfa, Kəngərli, Ordubad, Sədərək, Şahbuz və Şərur rayonlarının sakinlərinin gömrük məsələləri ilə bağlı müraciətləri dinləniləcək.

Mətndə səhv varsa, onu qeyd edib Ctrl+Enter düyməsini basaraq bizə göndərin.

Xəbər lenti
Çox oxunan xəbərlər

Xəbərin mətnində orfoqrafik səhv var

Seçilən mətn düzəliş üçün göndəriləcək:

CANLI YAYIM