satellite   Azerspace-1: 11135 H 30000

Şeyxülislam Allahşükür Paşazadə G20 Dinlərarası Forumunda iştirak edəcək

Şeyxülislam Allahşükür Paşazadə G20 Dinlərarası Forumunda iştirak edəcək

Qafqaz Müsəlmanları İdarəsinin (QMİ) sədri şeyxülislam Allahşükür Paşazadə avqustun 10-da G20 Dinlərarası Forumunda iştirak etmək üçün Cənubi Afrika Respublikasının paytaxtı Keyptaun şəhərinə yola düşür.

QMİ-nin mətbuat xidmətindən NTV-yə  bildirilib ki, avqustun 10-dan 14-dək Keyptaunda keçiriləcək G20 Dinlərarası Forumunun builki mövzusu “İman fəaliyyətdə”dir.

Forum çərçivəsində təşkil olunacaq açılış plenar iclasında şeyxülislam Allahşükür Paşazadə çıxış edəcək. O, həmçinin müxtəlif mədəni proqramlara qatılacaq, tədbir iştirakçıları və rəsmi şəxslərlə görüşlər keçirəcək.

Qeyd edək ki, G20 Sammitləri ərəfəsində təşkil olunan Dinlərarası Forum davamlı fəaliyyət göstərən nüfuzlu beynəlxalq platformadır. Bundan öncə Bolonya, Bali və Puna şəhərlərində keçirilən tədbirlərdə iştirak etmiş QMİ sədri növbəti dəfə tədbirə Forumun prezidenti Kol Dürhamın dəvəti ilə qatılacaq.

Mətndə səhv varsa, onu qeyd edib Ctrl+Enter düyməsini basaraq bizə göndərin.

Xəbər lenti
Çox oxunan xəbərlər

Xəbərin mətnində orfoqrafik səhv var

Seçilən mətn düzəliş üçün göndəriləcək:

CANLI YAYIM