satellite   Azerspace-1: 11135 H 30000

BDYPİ iri qabaritli nəqliyyat vasitələri ilə bağlı sürücülərə çağırış edib

BDYPİ iri qabaritli nəqliyyat vasitələri ilə bağlı sürücülərə çağırış edib

İri qabarit, yüksək çəki və uzun əyləc məsafəsi bu nəqliyyat vasitələrinin idarəsini digər avtomobillərə nisbətən daha çətin və məsuliyyətli edir. Bu xüsusiyyətlər nəzərə alınmadan hərəkət edilməsi qəza riskini dəfələrlə artırır.

NTV xəbər verir ki, bu barədə Baş Dövlət Yol Polisi İdarəsinin (BDYPİ) sürücülərə çağırışında bildirilib.

“Sürət həddinin seçilməsi zamanı hava şəraiti, yol örtüyünün vəziyyəti və daşınan yükün ağırlığı nəzərə alınmalı, qəfil yaranan vəziyyətlərdə vaxtında reaksiya vermək üçün təhlükəsiz məsafə qorunmalıdır. Zolaq dəyişmə, dönmə və digər manevrlər yalnız kifayət qədər yer və vaxt təmin edildikdən sonra icra olunmalıdır. Yol kənarında dayanma yalnız qanunvericiliklə müəyyən edilmiş yerlərdə həyata keçirilməli, görünüş sahəsini məhdudlaşdıran, hərəkət zolaqlarını daraldan və qəza riskini artıran hallara yol verilməməlidir. Fasiləsiz hərəkətin uzun müddət davam etməsi sürücünün diqqətini və reaksiya qabiliyyətini azaldır. Bu səbəbdən vaxtaşırı dayanaraq istirahət etmək, səhhətində problem olduğu halda sükan arxasına keçməkdən imtina etmək hər bir sürücünün borcudur”,- deyə qeyd olunub.

BDYPİ bir daha sürücülərə çağırış edərək bildirib ki, qaydalara riayət olunması yol hərəkətində iştirak edən bütün şəxslərin həyat və sağlamlığının qorunması üçün zəruridir.

Mətndə səhv varsa, onu qeyd edib Ctrl+Enter düyməsini basaraq bizə göndərin.

Xəbər lenti
Çox oxunan xəbərlər

Xəbərin mətnində orfoqrafik səhv var

Seçilən mətn düzəliş üçün göndəriləcək:

CANLI YAYIM