satellite   Azerspace-1: 11135 H 30000

Gömrük nəzarətindən gizlədilən 100 min dollara yaxın vəsait aşkarlanıb

Gömrük nəzarətindən gizlədilən 100 min dollara yaxın vəsait aşkarlanıb

Dövlət Gömrük Komitəsinin Tovuz Gömrük İdarəsinin əməkdaşlarının həyata keçirdiyi tədbirlər çərçivəsində xarici valyutanın ölkənin gömrük sərhədindən gömrük nəzarətindən gizli şəkildə keçirilməsinin qarşısı alınıb.

NTV  komitəyə istinadən xəbər verir ki, Tovuz Gömrük İdarəsinin “Qırmızı Körpü” gömrük postunda yük nəqliyyat vasitəsinə baxış keçirilib.

Baxış zamanı nəqliyyat vasitəsində və sürücünün üzərində gömrük nəzarətindən gizlədilən 94 270 ABŞ dolları aşkar edilib.

Faktla bağlı araşdırma aparılır.

Mətndə səhv varsa, onu qeyd edib Ctrl+Enter düyməsini basaraq bizə göndərin.

Xəbər lenti
Çox oxunan xəbərlər

Xəbərin mətnində orfoqrafik səhv var

Seçilən mətn düzəliş üçün göndəriləcək:

CANLI YAYIM