satellite   Azerspace-1: 11135 H 30000

BDYPİ yağmurlu hava şəraiti ilə bağlı hərəkət iştirakçılarına müraciət edib

BDYPİ yağmurlu hava şəraiti ilə bağlı hərəkət iştirakçılarına müraciət edib

Hazırda paytaxtda və bir sıra bölgələrdə müşahidə olunan yağmurlu hava yol hərəkəti iştirakçılarına çətinliklər yaradır.

NTV xəbər verir ki, bu barədə Baş Dövlət Yol Polisi İdarəsinin yağmurlu hava şəraiti ilə bağlı hərəkət iştirakçılarına müraciətində bildirilib. Qeyd olunub ki, yağışlı, çiskinli havalarda yol örtüyünün sürüşkən olması, görmə məsafəsinin məhdudlaşması və digər kritik hava şərtlərini nəzərə alaraq, sürücülər sürət həddini minimuma endirməli, kifayət qədər ara məsafəsi saxlamalı, nəqliyyat vasitələrinin texniki sazlığına nəzarət etməlidirlər. Belə havalarda piyadalar da diqqətli olmalı, məsuliyyətsiz davranışların ağır nəticəyə səbəb ola biləcəyini unutmamalıdırlar.

Baş Dövlət Yol Polisi İdarəsi əlverişsiz havalarda qəza riskinin artmasını nəzərə alaraq, bir daha hərəkət iştirakçılarından qaydalara ciddi riayət etməyi xahiş edir.

Mətndə səhv varsa, onu qeyd edib Ctrl+Enter düyməsini basaraq bizə göndərin.

Xəbər lenti
SÜLHƏ APARAN YOL - VİDEO

19:50 30.04.2026

Çox oxunan xəbərlər

Xəbərin mətnində orfoqrafik səhv var

Seçilən mətn düzəliş üçün göndəriləcək:

CANLI YAYIM