satellite   Azerspace-1: 11135 H 30000

AZAL və “Gulf Air” arasında kod-şerinq razılaşması imzalanıb

AZAL və “Gulf Air” arasında kod-şerinq razılaşması imzalanıb

“AZCON Holding” şirkətlərindən olan “Azərbaycan Hava Yolları” (AZAL) və Bəhreyn Krallığının milli aviadaşıyıcısı “Gulf Air” marşrut şəbəkəsini genişləndirmək və sərnişinlərə daha çox səyahət imkanı yaratmaq məqsədilə kod-şerinq sazişini imzalayıb.

AZAL-dan  NTV-yə bildirilib ki, sözügedən tərəfdaşlıq həm turizm, həm də işgüzar səfərlər üçün əlavə imkanlar yaradaraq, Azərbaycan və Bəhreyn arasında biznes, mədəni və iqtisadi əlaqələrin daha da möhkəmlənməsinə töhfə verir.

Saziş sərnişinlərə daha geniş marşrut şəbəkəsindən faydalanmaq, aviabiletləri vahid əməliyyat sistemi çərçivəsində rahatlıqla əldə etmək və baqajlarını birbaşa son təyinat məntəqəsinə qədər qeydiyyatdan keçirmək imkanı təqdim edir.

“Bu saziş AZAL-ın qlobal marşrut şəbəkəsinin genişləndirilməsi istiqamətində mühüm bir mərhələdir. Yaxın Şərqin aparıcı aviadaşıyıcılarından biri olan “Gulf Air” ilə əməkdaşlığımız sərnişinlərə marşrut seçimlərini genişləndirməyə və səyahət imkanlarını daha rahat planlaşdırmağa, eyni zamanda ölkələrimiz arasında strateji əlaqələri daha da möhkəmləndirməyə imkan verir”, – deyə AZAL-ın Baş Kommersiya İnzibatçısı Cəmil Manizadə bildirib.

Uçuşlar haqqında əlavə məlumatı www.azal.az və www.gulfair.com rəsmi saytlarından əldə etmək mümkündür.

Mətndə səhv varsa, onu qeyd edib Ctrl+Enter düyməsini basaraq bizə göndərin.

Xəbər lenti
SÜLHƏ APARAN YOL - VİDEO

19:50 30.04.2026

Çox oxunan xəbərlər

Xəbərin mətnində orfoqrafik səhv var

Seçilən mətn düzəliş üçün göndəriləcək:

CANLI YAYIM