satellite   Azerspace-1: 11135 H 30000

BDYPİ sürücüləri xarici işıq cihazlarının sazlığına diqqət yetirməyə çağırıb

BDYPİ sürücüləri xarici işıq cihazlarının sazlığına diqqət yetirməyə çağırıb

Daxili İşlər Nazirliyinin Baş Dövlət Yol Polisi İdarəsi (BDYPİ) sürücülərə müraciət edərək yola çıxmazdan əvvəl nəqliyyat vasitələrinin texniki vəziyyətinə, xüsusən də xarici işıq cihazlarının sazlığına və təmizliyinə diqqət yetirməyə çağırıb.

BDYPİ-nin mətbuat xidmətindən NTV-yə  verilən məlumata görə, ön və arxa fənərlər, dönmə işıq göstəriciləri, geriyə hərəkət və işıqqaytarıcı sistemlər yalnız yolu deyil, sürücünün və digər hərəkət iştirakçılarının təhlükəsizliyini təmin edir.

Sutkanın qaranlıq vaxtı, eləcə də dumanlı və yağışlı havalarda işıq cihazlarının düzgün işləməməsi görmə məsafəsini azaldır, qəza riskini artırır.

“Unutmayaq ki, təhlükəsiz yol hər birimizin məsuliyyətidir”, - deyə məlumatda vurğulanıb.

Mətndə səhv varsa, onu qeyd edib Ctrl+Enter düyməsini basaraq bizə göndərin.

Xəbər lenti
Çox oxunan xəbərlər

Xəbərin mətnində orfoqrafik səhv var

Seçilən mətn düzəliş üçün göndəriləcək:

CANLI YAYIM