satellite   Azerspace-1: 11135 H 30000

Ali Məclisin Hüquq siyasəti komitəsinin iclası keçirilib - FOTOLAR

Ali Məclisin Hüquq siyasəti komitəsinin iclası keçirilib<font color=red> - FOTOLAR</font> Ali Məclisin Hüquq siyasəti komitəsinin iclası keçirilib<font color=red> - FOTOLAR</font>

NTV xəbər verir ki, noyabrın 4-də Naxçıvan Muxtar Respublikası Ali Məclisinin Hüquq siyasəti komitəsinin iclası keçirilib.

Komitə sədri Əjdər Əliyev iclasın gündəliyinin birinci oxunuşda qəbul edilən “Naxçıvan Muxtar Respublikasının 2023-cü il 1 avqust tarixli 26-VI QN nömrəli Qanunu ilə təsdiq edilmiş “Naxçıvan Muxtar Respublikası Ali Məclisinin Daxili Nizamnaməsi”ndə dəyişiklik edilməsi haqqında” və “Normativ hüquqi aktlar haqqında” Naxçıvan Muxtar Respublikasının Qanununda dəyişiklik edilməsi barədə” Naxçıvan Muxtar Respublikası qanunlarının layihələrinin müzakirəsi olduğunu bildirib.

İclasda qanun layihələri haqqında Ali Məclis Aparatının Qanunvericilik və hüquq məsələləri şöbəsinin müdir müavini, müdir vəzifələrini müvəqqəti icra edən Tofiq Rəcəbli məlumat verib.

Gündəlikdə duran məsələlərlə bağlı müzakirələr aparıldıqdan sonra qanun layihələri Ali Məclisin plenar iclasında müzakirə üçün tövsiyə olunub.

Mətndə səhv varsa, onu qeyd edib Ctrl+Enter düyməsini basaraq bizə göndərin.

Xəbər lenti
Çox oxunan xəbərlər

Xəbərin mətnində orfoqrafik səhv var

Seçilən mətn düzəliş üçün göndəriləcək:

CANLI YAYIM