satellite   Azerspace-1: 11135 H 30000

Azərbaycanda silah alveri edən cinayətkar dəstənin üzvləri tutulub

Azərbaycanda silah alveri edən cinayətkar dəstənin üzvləri tutulub

Bərdə və Ağdamda silah alveri edən cinayətkar dəstənin üzvlərini ifşa edilib.

Bu barədə "Report"a DİN Mətbuat Xidmətinin regional qrupundan məlumat verilib.

Bildirilib ki, bir qrup şəxsin Bərdə və Ağdam rayonları ərazilərində odlu silah-sursat satışı həyata keçirməsi ilə əlaqədar olaraq polis əməkdaşları tərəfindən xüsusi əməliyyat tədbirləri həyata keçirilib.

Polisə Ağdam rayon sakinləri əvvəllər məhkum olunmuş 34 yaşlı Ağasif Abdullayev, tanışı 36 yaşlı Şünasib Hüseynov, 24 yaşlı Cavid Quliyev və Bərdə rayon sakini 29 yaşlı Vüsalə Həsənova ilə qabaqcadan əlbir olaraq qrup şəklində birləşərək dekabr ayı ərazində qanunsuz olaraq odlu silah və onun kompleks hissələrinin satışını təşkil etdikləri barədə əməliyyat məlumatları daxil olub.

Dekabr ayının 23-də qrup üzvləri A.Abdullayev, Ş.Hüseynov və V.Həsənova növbəti dəfə odlu silah sursat satmaq istəyən zaman Bərdə Rayon Polis Şöbəsinin əməkdaşları tərəfindən saxlanılaraq istintaqa təqdim ediliblər. Onlardan ümumilikdə 2 ədəd "Kalaşnikov" avtomatı, 1 ədəd "Makarov" tapançası, 6 ədəd patron darağı və 168 ədəd patron aşkarlanıb.

Tədbirin davamı olaraq həmin odlu silah-sursatları qanunsuz olaraq əldə edib saxlayan və satmaq məqsədi ilə dəstə üzvlərinə təqdim edən qrupun digər üzvü C.Quliyev də Zəngilan rayonu ərazisində saxlanılaraq Bərdə RPŞ-yə gətirilib.

Faktla bağlı Cinayət Məcəlləsinin müvafiq maddələri ilə cinayət işi başlanıb. A.Abdullayev,Ş.Hüseynov, V.Həsənova və C.Quliyevə ittiham elan edilərək barələrində məhkəmənin qərarı ilə həbs qətimkan tədbiri seçilib.

Qrup üzvlərinin digər cinayət əlaqələrinin müəyyən edilməsi istiqamətində əməliyyat-istintaq tədbirləri davam etdirilir.

Mətndə səhv varsa, onu qeyd edib Ctrl+Enter düyməsini basaraq bizə göndərin.

Xəbər lenti
Çox oxunan xəbərlər

Xəbərin mətnində orfoqrafik səhv var

Seçilən mətn düzəliş üçün göndəriləcək:

CANLI YAYIM