satellite   Azerspace-1: 11135 H 30000

Daxili qoşunların komandanını Prezident vəzifəyə təyin edəcək

Daxili qoşunların komandanını Prezident vəzifəyə təyin edəcək

Daxili qoşunların komandanını və ali hərbi rütbələr nəzərdə tutulan vəzifələr üzrə zabitləri Prezident vəzifəyə təyin və vəzifədən azad edəcək.

NTV xəbər verir ki, bununla bağlı Prezident İlham Əliyevin imzaladığı "Azərbaycan Respublikasının daxili qoşunları haqqında" qanunun tətbiqi barədə Fərmanında qeyd edilib.

Fərmana əsasən, onların həqiqi hərbi xidmətdən ehtiyata və ya istefaya buraxılması da Prezidentin səlahiyyətinə aid edilir.

Həmçinin, ölkə başçısı daxili qoşunların hərbi qulluqçularına ali hərbi rütbələrin verilməsini, daxili qoşunların hərbi şurasının əsasnaməsinin təsdiq edilməsini də həyata keçirəcək.

Mətndə səhv varsa, onu qeyd edib Ctrl+Enter düyməsini basaraq bizə göndərin.

Xəbər lenti
Çox oxunan xəbərlər

Xəbərin mətnində orfoqrafik səhv var

Seçilən mətn düzəliş üçün göndəriləcək:

CANLI YAYIM