satellite   Azerspace-1: 11135 H 30000

“Əl-Nəsr” qalib gəlib, Ronaldo karyerasının 981-ci qolunu vurub

“Əl-Nəsr” qalib gəlib, Ronaldo karyerasının 981-ci qolunu vurub

Səudiyyə Ərəbistanının “Əl-Nəsr” komandası Asiya Çempionlar Liqasının ikinci turunda evdə Özbəkistanın “Neftçi” klubunu 3:1 hesabı ilə məğlub edib.

NTV xəbər verir ki, Ər-Riyadda keçirilən görüşdə Anqelo 33-cü, Kriştiano Ronaldo isə 42-ci dəqiqədə fərqlənib. Bu qol portuqaliyalı hücumçunun peşəkar karyerasında 981-ci qolu olub. “Neftçi”nin heyətində Əlişir Odilov 51-ci dəqiqədə qol vurub, 78-ci dəqiqədə isə komandanın futbolçusu avtoqol edib.

Qeyd edək ki, qonaqlar 65-ci dəqiqədə İkram Əlibayevin qırmızı vərəqə alaraq meydandan qovulmasından sonra azlıqda qalıblar. Matç raket təhlükəsi ilə əlaqədar planlaşdırılandan bir saat gec başlayıb.

Bu qələbə “Əl-Nəsr”in turnirdə ilk uğuru olub. Səudiyyə Ərəbistanı klubu növbəti oyununu oktyabrın 26-da BƏƏ-nin “Əl-Vəsl” komandasına qarşı keçirəcək.

Mətndə səhv varsa, onu qeyd edib Ctrl+Enter düyməsini basaraq bizə göndərin.

Xəbər lenti
Çox oxunan xəbərlər

Xəbərin mətnində orfoqrafik səhv var

Seçilən mətn düzəliş üçün göndəriləcək:

CANLI YAYIM