Naxçıvan Muxtar Respublikası Gənclər və İdman Nazirliyinin mətbuat xidmətindən NTV-yə verilən məlumata görə, kikboksinq üzrə böyüklər arasında XXX~cu ölkə çempionatı və kicik yaşlı yeniyetmələr arasında ölkə birinciliyi keçirilib.
Naxçıvan Muxtar Respublikasından yarışda iki klub daxilində üç idmançı medallar uğrunda mübarizə aparıb. Onlardan biri mükafatçılar sırasına düşüb.
2015-2017-ci il təvəllüdlü kikboksçular arasında "kick light" versiyasında çıxış edən "Xan" döyüş klubunun idmançısı Nizami İsmayılov 47 kq çəki dərəcəsində bürünc medala sahib çıxıb.
