satellite   Azerspace-1: 11135 H 30000

Naxçıvanda "PeşəFest-2026" festivalı keçirilir

Naxçıvanda "PeşəFest-2026" festivalı keçirilir

Naxçıvan şəhərində "Peşə öyrən, gələcəyini qur!" devizi altında "PeşəFest-2026" festivalı keçirilir.

NTV xəbər verir ki,, festivalın əsas məqsədi gənclərin və şagirdlərin peşə seçiminə dəstək olmaq, onları gələcəyin peşələri və əmək bazarının tələblərinə uyğun ixtisaslarla tanış etmək, eləcə də karyera planlamasına kömək göstərməkdir.

Tədbir çərçivəsində gənclərin peşə bacarıqları və karyera imkanları barədə məlumatlandırılması, həmçinin peşə təhsilinə marağın artırılması nəzərdə tutulur.

Festival Naxçıvan şəhərindəki Saat Meydanında saat 11:30-dan 15:00-dək davam edəcək.

 

Mətndə səhv varsa, onu qeyd edib Ctrl+Enter düyməsini basaraq bizə göndərin.

Xəbər lenti
Çox oxunan xəbərlər

Xəbərin mətnində orfoqrafik səhv var

Seçilən mətn düzəliş üçün göndəriləcək:

CANLI YAYIM