satellite   Azerspace-1: 11135 H 30000

Bu il 1218 nəfər sosial adaptasiya məqsədilə məşğulluq tədbirlərinə cəlb edilib

Bu il 1218 nəfər sosial adaptasiya məqsədilə məşğulluq tədbirlərinə cəlb edilib

Penitensiar müəssisələrdə cəza çəkməkdən azad edilənlərin sosial adaptasiyası məqsədilə həyata keçirilən tədbirlərdən biri də onların məşğulluğunun təminatıdır.

Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Məşğulluq Agentliyi tərəfindən bu ilin 11 ayında həmin kateqoriyadan olan 1218 nəfər aktiv məşğulluq tədbirləri ilə əhatə edilib.

Nazirliyin İctimaiyyətlə əlaqələr şöbəsindən NTV-yə verilən məlumata görə, onlardan 919 şəxs münasib işlərlə təmin olunub, 254 şəxs isə kiçik ailə təsərrüfatlarını yaratmaları üçün özünüməşğulluq proqramına cəlb edilib. 45 işsiz şəxs üçün isə peşə hazırlığı kursları təşkil olunub

Mətndə səhv varsa, onu qeyd edib Ctrl+Enter düyməsini basaraq bizə göndərin.

Xəbər lenti
Çox oxunan xəbərlər

Xəbərin mətnində orfoqrafik səhv var

Seçilən mətn düzəliş üçün göndəriləcək:

CANLI YAYIM