satellite   Azerspace-1: 11135 H 30000

Ədliyyə Nazirliyi və DİN-in birgə əməliyyatı nəticəsində avtomat silah aşkar edilib

Ədliyyə Nazirliyi və DİN-in birgə əməliyyatı nəticəsində avtomat silah aşkar edilib

Ədliyyə Nazirliyi və Daxili İşlər Nazirliyi birgə əməliyyat keçirib.

Bu barədə NTV-yə Ədliyyə Nazirliyindən məlumat verilib.

Bildirilib ki, Ədliyyə Nazirliyinin Penitensiar xidmətinin əməliyyat aparatının Daxili İşlər Nazirliyinin müvafiq struktur qurumunun əməkdaşları ilə birgə keçirdiyi əməliyyat-axtarış tədbiri nəticəsində məhkum tərəfindən həbs edilməmişdən əvvəl Bakı şəhəri, Binəqədi rayonu, İlham Hacıyev küçəsində yerləşən qəbiristanlıqda torpağa basdırılaraq gizlədilmiş 1 ədəd nömrəsi silinmiş “AKS-74” tipli "Kalaşnikov" markalı avtomat silah, 1 ədəd ona məxsus daraq və 29 ədəd 7,62 kalibrli avtomat gülləsi aşkar edilərək götürülüb.

Mətndə səhv varsa, onu qeyd edib Ctrl+Enter düyməsini basaraq bizə göndərin.

Xəbər lenti
Çox oxunan xəbərlər

Xəbərin mətnində orfoqrafik səhv var

Seçilən mətn düzəliş üçün göndəriləcək:

CANLI YAYIM