satellite   Azerspace-1: 11135 H 30000

Azərbaycanda bayram günlərində banklar və "Azərpoçt" fəaliyyət göstərəcək

Azərbaycanda bayram günlərində banklar və "Azərpoçt" fəaliyyət göstərəcək

20-30 mart qeyri-iş günlərində ölkədəki bankların filial və şöbələri, eləcə də Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyinə məxsus "Azərpoçt" MMC-nin şöbələri və valyuta mübadiləsi məntəqələri fəaliyyət göstərəcəklər.

NTV bu barədə Azərbaycan Mərkəzi Bankına istinadən xəbər verir.

Məlumata görə, bayram günlərində ölkəmizdə səfərdə olan turistlərin və ölkə vətəndaşlarının valyuta mübadiləsi xidmətlərinə davamlı çıxış imkanlarının təmin edilməsi məqsədilə ümumilikdə 18 bankın 280 satış nöqtəsi (o cümlədən, 4 bank üzrə 9 satış nöqtəsi 24 saat rejimində olmaqla), "Azərpoçt"un 68 şöbəsi, valyuta mübadiləsinə lisenziya almış 9 valyuta mübadiləsi məntəqəsi müştərilərə xidmət göstərəcək.

Bayram günlərində fəaliyyət göstərəcək bankların filial və şöbələrinin, "Azərpoçt"un satış nöqtələrinin və valyuta mübadiləsi məntəqələrinin iş qrafiki ilə aşağıdakı linklər vasitəsilə tanış olmaq mümkündür:

https://uploads.cbar.az/press-releases/1a32bfea230c5912598daac99.pdf

https://uploads.cbar.az/press-releases/4b9aaa5547fe9ea96bff938a8.pdf

https://uploads.cbar.az/press-releases/e9296e0c66978d921c89dbc9f.pdf

Mətndə səhv varsa, onu qeyd edib Ctrl+Enter düyməsini basaraq bizə göndərin.

Xəbər lenti
Çox oxunan xəbərlər

Xəbərin mətnində orfoqrafik səhv var

Seçilən mətn düzəliş üçün göndəriləcək:

CANLI YAYIM