satellite   Azerspace-1: 11135 H 30000

Rəqəmsal inkişaf və nəqliyyat nazirinə yeni müavin təyin edilib

Rəqəmsal inkişaf və nəqliyyat nazirinə yeni müavin təyin edilib

Prezident İlham Əliyev Rəşad Müsəllim oğlu Həsənovu rəqəmsal inkişaf və nəqliyyat nazirinə yeni müavin təyin edib.

NTV nazirliyə istinadən xəbər verir ki, dövlət başçısı bununla bağlı yeni sərəncam imzalayıb.

O, 2021-2026-cı illərdə nazirin müşaviri, daha əvvəl isə BMT-nin Rezident Əlaqələndiricisinin Azərbaycan ofisində iqtisadçı, Dünya Bankının Avstraliyadakı ofisində məsləhətçi və makroiqtisadçı, ADA Universitetində iqtisadiyyat üzrə baş müəllim, Avstraliyanın Maliyyə Nazirliyində iqtisadçı və baş iqtisadçı, Azərbaycan Bankında iqtisadçı vəzifəsində çalışıb.

Mətndə səhv varsa, onu qeyd edib Ctrl+Enter düyməsini basaraq bizə göndərin.

Xəbər lenti
Çox oxunan xəbərlər

Xəbərin mətnində orfoqrafik səhv var

Seçilən mətn düzəliş üçün göndəriləcək:

CANLI YAYIM