Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Sosial Xidmətlər Agentliyinin müvafiq müəssisəsində 2021-ci ildən etibarən Məişət zorakılığından zərər çəkmiş şəxslər üçün sosial reabilitasiya şöbəsi fəaliyyət göstərir.
Nazirliyin İctimaiyyətlə əlaqələr şöbəsindən NTV-yə verilən məlumata görə, şöbədə ötən dövr ərzində məişət zorakılığından zərər çəkmiş 291 şəxsə sosial reabilitasiya xidmətləri göstərilib. Onlardan 105-i qadın, 186-sı uşaqdır. Həmin şəxslərin sosial reabilitasiyası, sosial statuslarının bərpası ilə bağlı fərdi iş planı üzrə işlər aparılıb.
Müasir tələblərə uyğun şəraitin yaradıldığı şöbədə sakinlərə sosial-məişət, sosial-iqtisadi, sosial-psixoloji, tibbi-sosial xidmət və sosial-məsləhət yardımı göstərilir.
