satellite   Azerspace-1: 11135 H 30000

Uzunömürlü nümunəvi Həsənovlar ailəsi ilə görüş keçirilib - FOTOLAR

Uzunömürlü nümunəvi Həsənovlar ailəsi ilə görüş keçirilib<font color=red> - FOTOLAR</font> Uzunömürlü nümunəvi Həsənovlar ailəsi ilə görüş keçirilib<font color=red> - FOTOLAR</font> Uzunömürlü nümunəvi Həsənovlar ailəsi ilə görüş keçirilib<font color=red> - FOTOLAR</font> Uzunömürlü nümunəvi Həsənovlar ailəsi ilə görüş keçirilib<font color=red> - FOTOLAR</font> Uzunömürlü nümunəvi Həsənovlar ailəsi ilə görüş keçirilib<font color=red> - FOTOLAR</font> Uzunömürlü nümunəvi Həsənovlar ailəsi ilə görüş keçirilib<font color=red> - FOTOLAR</font> Uzunömürlü nümunəvi Həsənovlar ailəsi ilə görüş keçirilib<font color=red> - FOTOLAR</font> Uzunömürlü nümunəvi Həsənovlar ailəsi ilə görüş keçirilib<font color=red> - FOTOLAR</font>

“Şəhərsalma və Memarlıq İli” çərçivəsində Naxçıvan Muxtar Respublikasının Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsi və Babək Rayon İcra Hakimiyyətinin birgə təşkilatçılığı ilə Babək rayonunun Nəzərabad kəndində yaşayan, evliliklərinin 66 illiyini qeyd edən uzunömürlü və nümunəvi Həsənovlar ailəsi ilə görüş keçirilib. “Ailələrimizi tanıyaq” layihəsi çərçivəsində baş tutan görüşdə Komitənin “Ailə könüllüləri” də iştirak ediblər.

Naxçıvan Muxtar Respublikasının Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsinin Mətbuat xidmətindən NTV-yə verilən məlumata görə, görüş zamanı açılış nitqi ilə çıxış edən Babək Rayon İcra Hakimiyyətinin əməkdaşı belə uzunömürlü və nümunəvi ailələrlə keçirilən görüşlərin əhəmiyyətindən danışıb.

Naxçıvan Muxtar Respublikasının Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsi Aparatının Ailə, qadın problemləri və gender məsələləri şöbəsinin müdiri Könül Babayeva layihənin mahiyyətindən bəhs edərək qeyd edib ki, yeniyetmə və gənclərin iştirakı ilə ailə dəyərlərinin qorunaraq gənc nəslə çatdırılması, xüsusilə də uzunömürlü və nümunəvi ailələrin həyat və evlilik təcrübələrindən yararlanmaq hər zaman mühüm əhəmiyyət daşıyıb.

Vurğulanıb ki, Azərbaycan ailəsinin əsas dayaqlarından olan qadınlarımız tarix boyu böyük fədakarlıqlar göstərərək ailənin qorunmasında mühüm rol oynayıblar. Ailədə həm kişi, həm də qadın öz yerini bilmiş, tarixən formalaşmış milli adət-ənənələrə hörmətlə yanaşılmışdır. Xalqımızın əsrlər boyu qoruyub saxladığı mənəvi dəyərlər, əxlaqi normalar və ailə ənənələri bu gün də gələcək nəsillərə ötürülməkdədir.

Sonda “Ailələrimizi tanıyaq” layihəsinin iştirakçısı olan, evliliklərinin 66 illiyini qeyd edən Hidayət Həsənov və ömür-gün yoldaşı Zeynəb Həsənova öz həyatlarından, ailələrindən, əmək fəaliyyətlərindən və övladlarından danışaraq bildiriblər ki, ailənin uzunömürlü olmasının əsas şərtləri ailədaxili münasibətlərdə qarşılıqlı hörmət, səbir, təmkin və sevginin möhkəm təməl üzərində qurulmasıdır.

Ailə üzvləri göstərilən diqqət və qayğıya görə dövlətimizə minnətdarlıqlarını bildiriblər.

Sonda evliliklərinin 66 illiyi münasibətilə Həsənovlar ailəsinə hədiyyə və gül dəstəsi təqdim edilib.

Qeyd edək ki, Həsənovlar ailəsinin 4 övladı, 8 nəvəsi və 2 nəticəsi var.

Mətndə səhv varsa, onu qeyd edib Ctrl+Enter düyməsini basaraq bizə göndərin.

Xəbər lenti
Çox oxunan xəbərlər

Xəbərin mətnində orfoqrafik səhv var

Seçilən mətn düzəliş üçün göndəriləcək:

CANLI YAYIM