satellite   Azerspace-1: 11135 H 30000

Ötən gün cinayət törətməkdə şübhəli bilinən 41 nəfər saxlanılıb

Ötən gün cinayət törətməkdə şübhəli bilinən 41 nəfər saxlanılıb

İyunun 23-də ölkə ərazisində qeydə alınan 44, əvvəlki dövrlərdən bağlı qalan 17 cinayətin açılması polis əməkdaşları tərəfindən təmin olunub.

Daxili İşlər Nazirliyinin mətbuat xidmətindən  NTV-yə bildirilib ki, axtarışda olduğuna görə ümumilikdə 129, o cümlədən borclu şəxs qismində axtarışda olan 105 nəfər saxlanılaraq aidiyyəti üzrə təhvil verilib.

Həmçinin narkotiklərlə əlaqəli 15 fakt müəyyən edilib. Polis əməkdaşlarının keçirdikləri tədbirlərlə ümumi çəkisi 29 kiloqramdan artıq narkotik vasitə və 1000 ədəd güclü təsiredici xassəyə malik metadon həbi aşkarlanaraq götürülüb. Eyni zamanda, yabanı halda bitmiş 21 ton çəkidə 32 min 352 ədəd çətənə kolu aşkar olunaraq məhv edilib.

Eləcə də qanunsuz saxlanılan silah-sursatın götürülməsi və aşkarlanması ilə bağlı 11 fakt müəyyən olunub. Paytaxt və respublikanın ayrı-ayrı rayonlarında 1 avtomat silahı və 8 tüfəng aşkar edilərək götürülüb.

Cinayət törətməkdə şübhəli bilinən 41 nəfər də saxlanılıb.

Mətndə səhv varsa, onu qeyd edib Ctrl+Enter düyməsini basaraq bizə göndərin.

Xəbər lenti
Çox oxunan xəbərlər

Xəbərin mətnində orfoqrafik səhv var

Seçilən mətn düzəliş üçün göndəriləcək:

CANLI YAYIM