satellite   Azerspace-1: 11135 H 30000

AQTA: Yenidən qurulan 16 heyvan satışı bazarı fəaliyyətə başlayıb

AQTA: Yenidən qurulan 16 heyvan satışı bazarı fəaliyyətə başlayıb

Azərbaycan Qida Təhlükəsizliyi Agentliyi (AQTA) tərəfindən ölkə üzrə heyvan satışı bazarlarının baytarlıq-sanitariya və biotəhlükəsizlik tələblərinə uyğunlaşdırılması istiqamətində aparılan tədbirlər nəticəsində yenidən qurulan 16 heyvan satışı bazarı fəaliyyətə başlayıb. Bərdə, Göygöl, Salyan, Göyçay, Şamaxı, İmişli, Ağcabədi, Beyləqan, Biləsuvar, Kürdəmir, Abşeron, Masallı, Ağsu, Xaçmaz, Sabirabad rayonlarında və Bakının Binə qəsəbəsində yerləşən heyvan bazarları müasir infrastrukturla təmin olunub.

Bu barədə NTV-yə  AQTA-nın İnformasiya təminatı və innovativ həllər şöbəsindən məlumat verilib.

Bildirilib ki, baytarlıq nəzarətinin həyata keçirilməsi üçün müvafiq şərait yaradılıb, kliniki baxış platforması, dezbaryerlər, izolyatorlar, heyvanların çəkisinin və bədən temperaturunun ölçülməsi üçün müvafiq avadanlıqlar quraşdırılıb.

Eyni zamanda, heyvanların saxlanılması, nümayişi, yüklənməsi və boşaldılması üçün xüsusi bölmələr təşkil edilib, su və yem təchizatı, işıqlandırma və tullantıların idarəolunması sistemləri tam şəkildə qurulub.

Qeyd edək ki, heyvan bazarları AQTA-nın Kollegiyasının qərarı ilə təsdiq edilmiş norma və qaydalara uyğun şəkildə yenidən qurulmalıdır. Yenidən qurulan bazarlar yalnız agentliyin müvafiq komissiyasının yekun qiymətləndirilməsindən sonra fəaliyyətə başlaya bilər.

Mətndə səhv varsa, onu qeyd edib Ctrl+Enter düyməsini basaraq bizə göndərin.

Xəbər lenti
Çox oxunan xəbərlər

Xəbərin mətnində orfoqrafik səhv var

Seçilən mətn düzəliş üçün göndəriləcək:

CANLI YAYIM